“Toplum Tv”nin təsisçisi Ələsgər Məmmədli bu gün səhər saatlarında saxlanılıb. Bu barədə yerli KİV xəbər verir.
Bundan başqa, III Respublika Platformanın üzvü Ruslan İzzətli də saxlanılıb.
Qeyd edək ki, R.İzzətli martın 6-da saxlanılsa da, gecə yarısı sərbəst buraxılmışdı. Hazırda onun evində axtarış aparıldığı bildirilir.