YAP nümayəndə heyəti Antalya Forumunda

post-img

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti III Antalya Diplomatiya Forumunun ilk günündə bir sıra panel iclasında iştirak edib. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz həmin gün YAP nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Cevdet Yılmaz Antalya Diplomatiya Forumunun regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından etibarlı platforma olduğunu diqqətə çatdırıb. O, qardaş ölkə təmsil­çilərinin forumda iştirakının faydalı və önəmli olduğunu söyləyib. Vitse-prezi­dent fevralın 7-də keçirilən prezident seç­kilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin inamlı qələbə qazan­ması münasibətilə təbriklərini çatdırıb.

C.Yılmaz iki dost və qardaş ölkə arasındakı münasibətlərin uğurla inki­şaf etdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli əlaqələrin keyfiyyət­cə yeni mərhələyə yüksəldiyini bildirib. Qeyd edilib ki, Türkiyə və Azərbaycanın beynəlxalq platformalarda da bir-birini fəal şəkildə dəstəkləməsi milli maraqları­mızın təmin olunması, strateji hədəflərin gerçəkləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

YAP Sədrinin müavini – Mərkəzi Apa­ratın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin Zəfər seçkisində qazan­dığı inamlı qələbənin Xalq-Lider birliyinin nümunəsi olduğunu vurğulayıb. O, Pre­zident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin Azərbaycan-Türkiyə qardaşlığının bariz örnəyi olduğunu diqqətə çatdırıb, yeni mərhələdə iki dövlət arasında çoxşaxə­li, məqsədyönlü işbirliyinin həm ölkələ­rimizin inkişafına, həm də regional və beynəlxalq təhlükəsizliyə xidmət etdiyini söyləyib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

XQ

Son xəbərlər