Rusiyanın dondurulan aktivləri Ukraynaya veriləcəkmi?

post-img

G7 ölkələri, Avropa İttifaqı (Aİ) və Avstraliya tərəfindən Rusiyaya məxsus 260 milyard avronu dondurub ki, bunun da üçdə-ikisi Aİ-nin payına düşüb.

Bununla bağlı Qərb ekspertləri bildi­riblər ki, Rusiya aktivlərinin dondurulması beynəlxalq hüquq qaydalarına əsaslanır. “Bloomberg”in məlumatına görə, Belçika, Fransa, Almaniya, Yaponiya, Niderland, Böyük Britaniya və ABŞ-dan olan eks­pertlərin fikrincə, günahsız hər hansı bir ölkənin aktivini dondurmaq qanunsuzdur. Lakin Rusiyanın aktivlərinin dondurulma­sı onun işğalçılıq siyasətindən irəli gəlir.

Ekspertlər Rusiyaya qarşı sözüge­dən sanksiyanı imzalayan ölkələrin bey­nəlxalq mexanizmə uyğun və hüquqi cəhətdən əsaslandırılaraq dondurulan aktivlərin Ukraynaya verilməsini təklif ediblər.

“Bloomberg”in təhqiqatçıları bildiriblər ki, ABŞ və Böyük Britaniya Rusiya aktiv­lərini tam dondurublar. Paris və Berlin isə ehtiyat edərək bunun əleyhinə gediblər.

Qəzənfər QASIMOV
XQ

Son xəbərlər