Aİ-nin xüsusi nümayəndəsi XİN-də

post-img

Fevralın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb. 

Nazir Ceyhun Bayramov uzun sürən sa­bitlikdən sonra heç bir təhrikedici amil olma­dan snayper atəşi nəticəsində Azərbaycan hər­bi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Sülh sazişi layihəsinə gəldikdə, ölkəmi­zin növbəti şərhlərinin Ermənistan tərəfinə təqdim edildiyi və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuz diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənis­tanın Konstitusiyasında, qanunvericilik akt­larında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb, bu iddiaların qəbuledilməz olduğu vurğula­nıb.

XQ

Son xəbərlər