“WhatsApp”dan daha bir qadağa

post-img

“WhatsApp” istifadəçiləri bundan sonra mesencerin gələcək versiyalarında profil fotolarının skrinşotlarını çəkə bilməyəcəklər. Belə qadağa artıq tətbiqin “Android” üçün beta versiyasında (2.24.4.25) quraşdırılıb və tezliklə o, ictimai versiyaya da şamil ediləcək.

“Vesti.ru” yazıb ki, başqa istifadəçinin profil şəklinin skrinşotunu çəkməyə çalışdığınız zaman bu əməliyyatın həyata keçirilə bilməyəcəyi barədə bildiriş görünəcək. Bu tədbir tətbiqdə şəxsi məlumatların qorunması ilə bağlıdır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər