Türkiyənin Antalya şəhərində yağan güclü yağışdan sonra Düdən şəlaləsinin rəngi dəyişərək qəhvəyi olub. Bununla əlaqədar sosial şəbəkələrdə kadrlar yayılıb.
Bildirilir ki, Düdən şəlaləsinin dənizlə qovuşduğu yerə gələnlər suyun rəngini görüb təəccübləniblər. Su dənizdə qəhvəyi təbəqə əmələ gətirib. Xatırladaq ki, Antalyada bir gün əvvəl başlayan leysan regionda daşqınlara səbəb olmuşdu.
Düdən şəlaləsi Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur. Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylardan biri) götürən şəlalə, Antalyadan 12 kilometr şimal-şərqdə yerləşir. Aşağı Düdən və Yuxarı Düdən çayının ətrafı gəzinti və istirahət sahələri kimi də istifadə olunur.
FİDAN
XQ