Qeysər Nəvvab: "Problemsiz seçki iqtisadi artımı və sosial rifahı da artırır2

post-img

Beynəlxalq müşahidəçi və beynəlxalq münasibətlər üzrə nüfuzlu ekspert, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı cənab Qeysər Nəvvab Azərbaycanda şəffaf, müstəqil və azad prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə Zati-aliləri Prezident İlham Əliyevi ürəkdən təbrik edib. Təbrikdə deyilir: "Azərbaycanda bu yaxınlarda keçirilmiş prezident seçkiləri ölkənin demokratik prinsiplərə və qanunun aliliyinə sadiqliyinə sübutdur. Problemsiz seçki prosesi təkcə beynəlxalq ictimaiyyətdə inamı gücləndirmir,  biznes imkanlarını da təşviq edir, iqtisadi artımı və sosial rifahı artırır. Bu nailiyyət Azərbaycanın qarşıdan gələn COP29-a ev sahibliyi etməsi fonunda xüsusi əhəmiyyət kəsb edir. Seçki nəticəsində xalq davamlılıq və qlobal əməkdaşlığa sadiqliyini nümayiş etdirmək imkanı əldə edəcək".

Cənab Nəvvab, həmçinin  Prezident İlham Əliyevi uğurlu demokratik təşəbbüsü münasibətilə təbrik edib və ona Azərbaycanı daha parlaq gələcəyə aparan yolda uğurlar arzulayıb. O, Pakistan və Azərbaycan arasında qardaşlıq əməkdaşlığının yeni dövrünün nikbinliyini ifadə edərək, əlaqələrin möhkəmlənməsinə və müxtəlif sahələrdə əməkdaşlığın artacağına ümid etdiyini bildirib.

Fidan

XQ



Son xəbərlər