Qarabağ və Şərqi Zəngəzur zəfər seçkisi təntənəsi yaşayacaq

post-img

Fefralın 7-də Azərbaycanda ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bunun üçün Şərqi Zənzəzur və Qarabağda 26 seçki məntəqəsi yaradılıb. Sözügedən bölgələrdə yaradılan seçki məntəqələrinin fəaliyyəti tam təmin olunub. Həmin seçki məntəqələrində seçici siyahılarına 22 mindən yuxarı seçicilərin məlumatları daxil edilib. Onlar həmin gün seçki məntəqələrində öz konstitusion hüquqlarından istifadə edərək səsvermədə iştirak edəcəklər. Qürurverici haldır ki, həmin ərazidə olan məntəqələr Zəfər seçkilərinin ilk məntəqələridir. Doğma ata-baba yurdlarına qayıtmış soydaşlarımız onlar üçün yaradılan bu imkanlardan səmərəli istifadə edəcəklər. 

İşğaldan azad edilmiş ərazilərdə ya­radılan seçki məntəqələrindən biri də 84 saylı Füzulu Seçki Dairəsinin tərkibindəki 75 saylı seçki məntəqəsidir. Məntəqənin sədri Ləman Məstəliyeva dedi ki, seçki məntəqəsi yaradılan vaxtdan böyük ruh yüksəkliyi ilə işə başlamışıq. Sevincimizin hədi-hüdudu yoxdur. Uzun illərdən son­ra doğma ata-baba yurdumuzda seçkiyə qatılmaq tarixi Qələbəmizin bir daha təs­diqidir. Növbədənkənar prezident seçkilə­rində 1371 nəfər səs verəcək. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan istifadə olunub. MSK tərə­findən təlimatlar, yaddaş kitabçaları, seç­kiyə çağırış plakatları, gözlə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi lam­palar və digər zəruri avadanlıqlar seçki məntəqəsindədir. Dəqiqləşdirilmiş seçici siyahıları məntəqədə münasib yerdən asılıb. 

L.Mustafayeva dedi ki, artıq sakinlərə bildirişlərin paylanılması prosesi də başa çatıb. Namizədlərin təşviqatlarının aparıl­ması üçün hər hansı problem və ya na­razılıq yoxdur. Məntəqəmiz seçkiyə tam hazırdır. Otuz ildən sonra ilk dəfə keçirilə­cək seçkilər hər bir soydaşımızın gələ­cəyə olan inamını daha da artırıb.

İşğaldan azad olunan ərazilərdə ilk dəfə seçkilərin keçirilməsi isti ocaqlarına yenicə qayıtmış sakinlərdə yüksək əh­val-ruhiyyə yaradıb. Həmin sakinlərdən biri Səmayə Həsənovanın dediklərindən: 

– Otuz ildən sonra doğma yurdumuz­da seçkilərin keçirilməsi bizim üçün ən böyük hədiyyədir. Ona görə də həmin gün əsil toy-bayrama dönəcək. Hamımız bir nəfər kimi, qürur və iftixarla seçkilərdə iş­tirak edəcəyik. Axı, biz qalib ölkənin vətən­daşlarıyıq. Otuz ildən sonra prezident seç­kilərində öz torpağımızda – Fizulidə səs verəcəyik. Şükürlər olsun Ulu Tanrıya bu xöbəxt günü görmək bizə nəsib oldu. 

120 saylı Cəbrayıl – Qubadlı Seçki Dairəsinin 81 saylı seçki məntəqəsi Cəb­rayıl rayonunun Soltanlı kəndində yerlə­şir. Seçki məntəqəsi seçki prosesinə tam hazıdır. Bütün hazırlıq işləri müvəffəqiy­yətlə başa çatıb. 

Məntəqə seçki komissiyasının sədri Malik Həsənov seçkiyə hazırlıqla bağlı dedi:

– Biz doğma yurdumuzdayıq. Sanki yeni həyata başlamışıq. Üstəlik, kəndi­mizdə ilk dəfə olaraq seçki keçirilir. Özü də böyük siyasi əhəmiyyətə malik prezident seçkiləri. Bu seçkilərdə həm xalqın , həm də dövlətimizin gələcək taleyi həll olunur. Ona görə də seçkilərin azad, demokratik, şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edirik. Ərazimizdə prezidentliyə namizədlərin təbliğat-təşviqatı üçün hər cür şərait yaradılıb. Bütün işimizi Seçki Məcəlləsinin və digər qanunvericilik akt­larının tələblərinə tam uyğun qurmuşuq. Artıq bildirişlər də paylanılıb. Kənddə mü­nasib yerlərdə seçkiyə çağırış plakatları asılıb. Seçicilər sanki bayrama, el şənli­yinə hazırlaşırlar. Biz dünyaya sübut edə­cəyik ki, Azərbaycan demokratik seçkilər keçirməyə qadir ölkədir.

İşaldan azad olunan Zəngilanda 3 seçki məntəqəsi yaradılıb. Rayonun Ağalı kəndində 875 nəfər məskunlaşıb. Onlar­dan 651 nəfəri aktiv səsvermə hüququ­na malikdir. 33 saylı Ağalı kənd məntəqə seçki komissiyasının sədri Vüqar Kəri­mov növbədənkənar prezident seçkilə­rinə hazırlıq barədə danışarkən dedi ki, kənddə hamı fevralın 7-sini böyük sə­birsizliklə gözləyir. Məntəqə sədri daha sonra dedi:

– Seçki məntəqəsi ötən ilin dekabr ayında yaradılıb. Məntəqə seçki komissi­yasının tərkibi formalaşdıqdan sonra fəa­liyyətə başlamışıq. Komissiya üzvləri bilik və bacarıqlarını artırmaq, seçkinin gedişi zamanı baş verə biləcək hallarla tanış ol­maq, yaranmış problemlərin aradan qal­dırılması məqsədilə MSK tərəfindən təşkil olunmuş maarifləndirmə proqramları ilə bağlı keçirilən treninqlərdə yaxından işti­rak ediblər. Məntəqəmiz bütün ləvazimat­larla tam təchiz olunub. MSK tərəfindən hazırlanmış metodiki vəsaitlərdın istifadə edirik və təlimatlarla yaxından tanış olu­ruq. Çalışacağıq ki, otuz ildən sonra ilk dəfə keçirilən seçkiləri yüksək səviyyədə başa vuraq. Ağalı kəndi işğaldan sonra öz sakinlərini birici qəbul edən ərazilərimiz­dəndir. Kəndimizə gələn əcnəbilər burada görülən işləri heyrətlə izləyiblər. Kəndimiz inkişaf etmiş rayonlardan heç də geri qal­mır. Sakinlərin sevinci yerə-göyə sığmır. Ona görə də bu seçkilərdə bir nəfər kimi hamı iştirak edəcək. Seçkilırin yüksək sə­viyyədə, mütəşəkkil keçirilməsi üçün hər cür şərait yaradılıb.

Kənd sakini Gülnaz Həmidova sevin­cini gizlədə bilmədi:

– Kəndin bütün sakinləri böyük ruh yüksəkliyi ilə seçkilərə hazırlaşırlar. Biz səsverməyə alnıaçıq, üzüağ, coşqu ilə gedəcəyik. Çünki biz döğma kəndimizdə – Ağalıda səs verəcəyik. 

125 saylı Zəngilan-Qubadlı Seçki Dairə­sinin 65 saylı seçki məntəqəsində də fefralın 7- də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə­dir. Məntəqə seçkiyə tam hazırdır. 

121 saylı Laçın Seçki Dairəsinin 106 saylı seçki məntəqəsində 1485 seçici fefralın 7-sini böyük səbirsizliklə gözləyir. Məntəqə seçki komissiyasının sədri Qar­daşxan Dostiyev dedi ki, seçki məntəqəsi seçicilərin yolunu gözləyir. Bütün ünvan­lara bildirişlər paylanılıb. Sakinlər deyirlər ki, bildirişlərə ehtiyacımız yoxdur. Hamı səsvermədə iştirak etmək arzusundadır. Hətta ən yaşlı seçicilərimiz də səsvermə­də şəxsən iştirak edəcəklərini bildiriblər. Deyirlər ki, belə bir günü səbirsizliklə göz­ləyiblər. Ona görə də seçkilədə mütləq iştirak edəcəklər.

125 saylı Zəngilan–Qubadlı Seçki Da­irəsi üzrə seçkilər Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilmiş əra­zilərində yaradılmış 4 seçki məntəqəsin­də keçiriləcək. Həmin məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisin­də yerləşir.

Əliqismət BƏDƏLOV 
XQ





Son xəbərlər