Türkiyədə Azərbaycan prezidenti seçkilərinə son hazırlıq

post-img

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal şəkildə davam etdirilir.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Məlumatda de­yilir ki, bu məqsədlə səfirlikdə 46 və 47, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri yaradılıb.

Türkiyədə daimi və ya müvəqqə­ti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna ma­lik Azərbaycan vətəndaşları yerli vaxt­la saat 8:00-dan 19:00-dək ölkəmizin ümumvətəndaş pasportu və ya şəxsiy­yət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.

Səfirlik seçki məntəqələrinin ünvanları və qaynar xətt barədə məlumat paylaşıb. 

Həmin ünvanları və qaynar xətti bir daha xatırladırıq.

Seçki məntəqələrinin ünvanları: Azərbaycanın Türkiyədəki səfirliyi: Diplomatik site, Bakü sokak No:1, Oran/Ankara;

İstanbul şəhərindəki baş konsullu­ğu: Zeytinoğlu Caddesi No 65, Akatlar, Beşiktaş / İstanbul;

Qars şəhərindəki baş konsulluğu: Yusif Paşa məhəlləsi Heydər Əliyev prospekti N: 9, Kars / Mərkəz;

Seçkilərdə iştirakla bağlı suallar üçün Türkiyədəki vətəndaşlarımız +90 535 577 61 68 nömrəli qaynar xətt va­sitəsilə səfirliklə əlaqə saxlaya bilərlər.

Son xəbərlər