Bülletenlər dairə seçki komissiyalarına çatdırılır

post-img

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri və katiblərinin də iştirakı ilə Milli Məclisin mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

Proses açıq və şəffaf şəkildə gerçək­ləşdirilib, beynəlxalq təşkilatlar, seçki mü­şahidə missiyaları, media nümayəndələri və maraqlı seçki subyektlərinin prosesi yaxından izləyə bilmələri üçün hər cür şə­rait yaradılıb.

Bülletenlərin ilk gün – yanvarın 30-da Naxçıvan Muxtar Respublikasındakı seç­ki dairələri, işğaldan azad olunmuş əra­zilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki da­irələri də daxil olmaqla, ümumilikdə, 36 seçki dairəsinə, növbəti iki gün ərzində isə ölkənin digər bütün seçki dairələrinə təhvil verilməsi və prosesin tam yekunlaş­dırılması nəzərdə tutulur.

Yüksək təhlükəsizlik şəraitində ha­zırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seç­ki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin aidiyyə­ti qurumları tərəfindən həyata keçirilir.

Tədbir çərçivəsində seçki bülleten­lərinin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və prosesin təşkili barədə media nümayəndələrinə məlumat verilib, həm­çinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, for­ması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutul­muş müddətdə Mərkəzi Seçki Komissi­yası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Ko­missiyanın qərarı ilə 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Seçki Məcəlləsi ilə müəyyənləşdiril­miş qaydada seçki bülletenləri dairə seç­ki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər