Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 54 Bakı şəhəri, 29 yanvar 2024-cü il

Azərbaycan Respublikası Strateji Ob­yektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlən­məsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2020-ci il 16 mart tarixli 957 nöm­rəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respub­likasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaş­dırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Strateji Ob­yektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaş­lar da daxil olmaqla) və onların ailə üzvlə­rinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sani­tariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Müha­fizəsi Dövlət Agentliyi haqqında Əsasnamə­nin, Agentliyin strukturunun, hərbi qulluqçu­larının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublika­sı Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata ke­çirilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Strateji Obyektlə­rin Mühafizəsi Dövlət Agentliyinin Azərbay­can Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmış təklifləri əsasında Azərbay­can Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin.

3. Bu Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları