Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 52 Bakı şəhəri, 29 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

“Notariat haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanununun tətbiqi və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublika­sı Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 31 may tarixli 2159 nöm­rəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, mad­də 1176 (Cild I) ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsas­namə”nin 12.3.10-cu yarımbəndinə “payla­rına” sözündən sonra “, habelə kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələrinə” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları