Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 50 Bakı şəhəri, 27 yanvar 2024-cü il

“Bütün tipdən olan internat məktəb­lərdə, əqli və ya fiziki cəhətdən pozuntusu olan uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması nor­ması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yan­var tarixli 15 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bütün tipdən olan internat məktəblər­də, əqli və ya fiziki cəhətdən pozuntusu olan uşaqlar üçün internat məktəblərdə, uşaq ev­lərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyet­mələrin geyim, ayaqqabı və yumşaq inven­tarlarla təmin olunması norması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu (Cild I) aşağıdakı dəyi­şikliklər edilsin:

1. Adında və 1-ci hissədə “Bütün tip­dən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən pozuntusu olan uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, vali­deynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin” söz­ləri “İnternat tipli ümumi təhsil müəssisələ­rində təhsilalanlar və dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrin­də tərbiyə olunan uşaqların” sözləri ilə əvəz edilsin.

2. Preambulada “Azərbaycan Respub­likası Təhsil Nazirliyi sistemindəki bütün tiplərdən olan internat məktəblərdə və uşaq evlərində tərbiyə olunan uşaqlar və yeniyet­mələrin” sözləri “İnternat tipli ümumi təhsil müəssisələrində təhsilalanlar və dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq ev­ləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən pozuntusu olan uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, vali­deynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəb­lərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması” yeni redaksiyada verilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları