Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 48 Bakı şəhəri, 26 yanvar 2024-cü il

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qə­rarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişik­lik edilməsi barədə” Azərbaycan Respubli­kasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2237 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 26 aprel tarixli 189 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2019, № 4, maddə 780 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 

1.1. 3.2.2-ci yarımbənd aşağıdakı redak­siyada verilsin: 

“3.2.2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin müəyyən etdiyi qaydada peşə və ixtisaslara uyğun dərsliklərin, dərs vəsa­itlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasında iştirak etmək;”.

1.2. aşağıdakı məzmunda 4.7.7-1-ci ya­rımbənd əlavə edilsin: 

“4.7.7-1. dövlət peşə təhsili müəssisələ­rinə müəllimlərin və istehsalat təlimi ustaları­nın işə qəbul və yerdəyişməsi ilə bağlı qanun­vericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq qərarlar qəbul edir;”. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 958 (Cild I) ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizam­naməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 

2.1. 3.2.2-ci yarımbənd aşağıdakı redak­siyada verilsin: 

“3.2.2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin müəyyən etdiyi qaydada peşə və ixtisaslara uyğun dərsliklərin, dərs vəsa­itlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasında iştirak etmək;”; 

2.2. 4.10.6-cı yarımbəndə “edilməsinə” sözündən sonra “(bu Nümunəvi Nizamnamə­nin 4.10.6-1-ci yarımbəndi nəzərə alınmaq­la)” sözləri əlavə edilsin; 

2.3. aşağıdakı məzmunda 4.10.6-1-ci ya­rımbənd əlavə edilsin: 

“4.10.6-1. dövlət peşə təhsili müəssisələ­rinə müəllimlərin və istehsalat təlimi ustaları­nın işə qəbul və yerdəyişməsi ilə bağlı qanun­vericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq qərarlar qəbul edir;”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları