Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
QƏRAR
№ 3-27/3-7-17/2023
Bakı şəhəri 14 dekabr 2023-cü il
“Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Kollegiyasının 2013-cü il 4 fevral tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.53-cü yarımbəndinə uyğun olaraq, həmin Əsasnamənin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Kollegiyasının 2013-cü il 4 fevral tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.5-ci bənddə və 3.1.10-cu yarımbənddə “Tranzaksiya” sözü “Ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad” sözləri ilə əvəz edilsin;
1.2. 3.1.4-cü yarımbənddən “unikal” sözü çıxarılsın;
1.3. 3.1.11-ci yarımbənddə “Tranzaksiyanın” sözü “Əməliyyatın” sözü ilə əvəz edilsin;
1.4. 4.2-ci bənd ləğv edilsin;
1.5. 5.3-cü bənddə “istənilən vaxt” sözləri “5 il ərzində” sözləri ilə əvəz edilsin.
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev