Avstriya COP29-un Azərbaycanda keçirilməsini alqışlayır

post-img

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun diayeni qismində Avstraliyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Con Uilyam Giering ilə görüşüb.

Görüş zamanı bir çox məsələlər, o cümlədən Azər­baycan və Ermənistan arasında mövcud münasibətlər müzakirə olunub. Səfir Girinq başa çatmış Ermənistan–Azərbaycan mü­naqişəsindəki vəziyyətlə maraqlanıb və Avstraliyanın hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstək­lədiyini qeyd edib. O, ölkəmizi 2024-cü ildə COP29-a evsahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi münasibətilə təbrik edib.

Sonda səfir Con Uilyam Girinqə Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ: işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edilib.

XQ

Son xəbərlər