Mərkəzi Seçki Komissiyasının iclası

post-img

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

Mərkəzi Seçki Komissiyası Katibli­yinin Media və kommunikasiya şöbə­sindən verilən məlumata görə, əvvəlcə Komissiyanın 2024-cü il yanvarın 9-da keçirilmiş iclasının protokolu təsdiq olu­nub.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz əsaslarla qanun­vericilikdə nəzərdə tutulandan artıq həcmdə ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın keçirilmə­si yerinin və vaxtının müəyyən olun­ması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra ödə­nişsiz əsaslarla efir vaxtının bölgüsü məqsədilə Mərkəzi Seçki Komissiya­sının 3 üzvündən və Katibliyin Media və kommunikasiya şöbəsinin müdirin­dən ibarət tərkibdə püşkatma komis­siyasının yaradılması və püşkatmanın 2024-cü il yanvarın 15-i saat 14:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında keçirilməsi qərara alınıb.

İclasda, bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub.

Beynəlxalq müşahidə missiyası təmsilçisi, namizədi qeydə alınmış si­yasi partiyanın məşvərətçi səs hüquqlu komissiya üzvü və media nümayən­dələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

XQ

Son xəbərlər