Ceyhun Bayramovun O’Brayn ilə görüşü

post-img

Dekabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüş keçirib.

Görüş zamanı iki ölkə ara­sında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, region­da mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prose­sinin perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasın­da bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı ma­raqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının va­cibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistan­la sülh prosesinin əsas ele­mentlərinin təşəbbüskarı kimi bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.

Eyni zamanda, normal­laşmanın digər istiqamətlə­rindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiya­sı üzrə danışıqların intensiv­ləşməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafın­da fikir mübadiləsi aparılıb. 

XQ

Son xəbərlər