Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

post-img

“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.7-ci və 24-cü maddələrinə əsasən, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların, Milli Məclisdə azlıq təşkil edən Vətəndaş Həmrəyliyi Partiyasının, Ədalət, Hüquq, Demokratiya Partiyasının, Azərbaycan Demokratik İslahatlar Partiyasının, Böyük Quruluş Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Milli Cəbhə Partiyasının (MCP), Böyük Azərbaycan Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Ana Vətən Partiyasının, Respublikaçı Alternativ Partiyasının (REAL) təqdimatlarını nəzərdən keçirərək Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin edilsinlər:

Abdullayeva Sevinc Qurban qızı,
Cavadov Fuad Musa oğlu,
Əsgərov Bəxşeyiş Məmməd oğlu,
Əsgərova Nailə Şahmərdan qızı,
Həsənov Tofiq Eldar oğlu,
Xələfov Elçin Abuzər oğlu,
İbrahimov Ramiz Hilal oğlu,
Qasımov Rövzət Afət oğlu,
Qəhramanlı Almas Əlisultan qızı,
Quliyev Etibar Cəfər oğlu,
Məmmədov Elmar Eldar oğlu,
Məmmədov İlham Sabir oğlu,
Muxtarova Arifə Ağaverdi qızı,
Orucov Qabil Əhməd oğlu,
Paşayev Hüseyn Məmməd oğlu,
Pənahov Məzahir Məhəmməd oğlu,
Rəhimov Mikayıl Rəhman oğlu,
Şahbazov İlkin Zaur oğlu.
2. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvləri təyin edilsinlər:
Cəlilova Aysel Zaur qızı,
Qarayeva Züriyə Ruslan qızı,
Mustafayeva Elnarə Eyyub qızı.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 27 aprel 2026-cı il

Son xəbərlər