AK Partinin nümayəndə heyəti Milli Məclisdə

post-img

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Söhbət zamanı Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında Azərbaycan və Türkiyə ara­sında münasibətlər uğurla inkişaf etdi­rildiyi qeyd olunub. Vurğulanıb ki, hər iki dövlət başçısının dostluq və qardaş­lıq münasibətləri ölkələrimiz arasında əlaqələrin dinamik inkişafına geniş im­kanlar yaradır.

Bu münasibətlərin parlamentlər arasında da əməkdaşlığın daha da ge­nişlənməsini şərtləndirdiyinin vurğulan­dığı görüşdə Şuşa Bəyannaməsində parlamentlərarası əlaqələrin inkişafına dair bəndin yer almasının ölkələrimiz arasında qanunvericilik sahəsində də əməkdaşlıq əlaqələrinin inkişaf etdi­rilməsi niyyətinin göstəricisi olduğunu diqqətə çatdırılıb. 

Görüşdə, həmçinin Yeni Azərbay­can Partiyası Sədrinin müavini - Mərkə­zi Aparatın rəhbəri Tahir Budaqov işti­rak edib.

XQ

Son xəbərlər