Milli Məclisdə Qərbi Azərbaycana qayıdış dinləməsi

post-img

Dekabrın 6-da Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə keçirilib.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev tədbirin Qərbi Azərbaycana qayıdışla bağlı Milli Məclisdə keçirilən ictimai din­ləmələrin davamı olduğunu bildirib. 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputa­tı Əziz Ələkbərov qeyd edib ki, Qərbi Azərbaycana qayıdışla bağlı bundan əvvəl Milli Məclisdə 4 dəfə geniş icti­mai dinləmə keçirilib. O, İcmanın Qərbi Azərbaycan ərazisində tarixi abidələ­rimizin, mədəni irsimizin tanıdılması, təbliğ olunması, Qərbi azərbaycanlıların qayıdış tələbinin beynəlxalq müstəviyə çıxarılması ilə bağlı gördüyü işlər barədə məlumat verib, bu prosesdə bütün azər­baycanlıların, o cümlədən gənclərimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Qərbi Azərbaycan İcmasının hazırla­dığı 7 sənədin BMT-nin rəsmi sənədi kimi yayıldığını diqqətə çatdıran Ə.Ələkbərov əsas məqsədin qərbi azərbaycanlıların öz ata-baba yurdlarına dinc yolla və lə­yaqətli şəkildə qayıdışının təmin edilməsi olduğunu deyib.

XQ

Son xəbərlər