Minsk şəhərində Azərbaycan Gəncləri Günü keçirilib

post-img

Minsk şəhərində Azərbaycan Gəncləri Günü keçirilib. Tədbir iki ölkənin gənclər mərkəzi arasında əməkdaşlıq müqaviləsinin imzalanması ilə başlayıb. 

İdman və Gənclər Nazirliyinin vasitəçiliyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyini Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Həsən Paşayev təmsil edib. O, Azərbaycan ərazisində fəaliyyət göstərən “Vətəndaş Cəmiyyətində Debat” təşkilatı haqqında ətraflı məlumat verib, o cümlədən həyata keçirilən və gələcəkdə planlaşdırılan layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra qonaqlar Minskin görməli yerləri ilə tanış olub, müxtəlif mədəni, sosial və sənaye obyektlərini ziyarət etmək imkanı əldə ediblər.

Rizvan FİKRƏTOĞLU
XQ



Son xəbərlər