AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyəyə səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) başqanı, professor-doktor Hasan Mandalla görüşüb.
Görüş zamanı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli TÜBİTAK-ın ULAKBİM – Dərgi Parkı İnstitutu ilə rəhbərlik etdiyi elmi qurum arasında əlaqələrin inkişaf etməkdə olduğunu bildirib. Tərəflər 2024-cü ildə ULAKBİM layihəsindən başqa daha 5 istiqamət üzrə: süni intellekt, ortaq elmi layihələrin qarşılıqlı surətdə dəstəklənməsi, seysmologiya, arxeologiya, karbon-14 analizlərinin arparılması istiqamətlərində əməkdaşlıq əlaqələrinin qurulması ilə əlaqədar məsələləri müzakirə ediblər.
TÜBİTAK başqanı, professor Hasan Mandal AMEA ilə genişlənməkdə olan əlaqələrin Türkiyə–Azərbaycan əlaqələrində elmin rolunun daha da artmasına səbəb olacağını qeyd edərək ortaq layihələrə dəstək veriləcəyini diqqətə çatdırıb.
Sonda AMEA ilə TÜBİTAK arsında yeni Anlaşma memorandumunun imzalanması qərara alınıb.
XQ