Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında Azərbaycan komandası böyük uğurla çıxış edib.
Dünən yarışın son günündə mübarizə aparan yunan-Roma güləşçiləri komandamızın hesabına 2 qızıl, 1 gümüş medal yazdırıblar. Belə ki, Nihad Quluzadə (60 kq) çempion olub. Laçın Vəliyev (87 kq) 2-ci, Qurban Qurbanov (77 kq) isə 3-cü yerləri tutublar. Ümumi hesabda yunan-Roma güləşi komandası 8 medal qazanaraq (4-1-2) İrandan sonra ikinci yerdə qərarlaşıb.
Bununla da, Azərbaycan komandası dünya çempionatını 11-i qızıl olmaqla 21 medalla başa vurub.
Qeyd edək ki, sərbəst güləşçilərimiz ümumilikdə, 5 qızıl, 1 gümüş, 1 bürünc medalla ümumi hesabda birinci, qadın millimiz isə 2 qızıl, 1 gümüş, 2 bürünc medalla ikinci yerdə qərarlaşıblar.
Leyla SABİRQIZI
XQ