Yaponiyada cüdo qızılı

post-img

Yaponiyanın paytaxtı Tokioda keçirilən “Böyük dəbilqə” turnirinin ilk yarış günündə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov qızıl medal qazanıb.

Tatami ustası final görüşündə çox çətin rəqiblərdən biri olan Yaponiya təmsilçisi Soiçi Haşimotoya qalib gəlib. Bununla da Azərbaycan cüdo tarixində ilk dəfə Yaponiyada Azərbaycan himni səsləndirilib.

Azərbaycanın digər cüdoçusu Zelim Tçkayev (81 kq) isə turnirin bürünc medalını qazanıb. 

Leyla SABİRQIZI 
XQ

İdman