Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansenlə görüşüb.
Görüşdə şeyxülislam A.Paşazadə Stirlinq Fondunun həmtəşkilatçılığı ilə Bakıda Tolerantlıq Günü ilə bağlı keçirilən beynəlxalq konfransı, Azərbaycandakı dini konfessiya rəhbərlərinin ABŞ-ın Yuta ştatına builki səfərini xatırlayıb.
QMİ sədri Stirlinq Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçirilməsində yaxından iştirak etməsini yüksək dəyərləndirib.
Azərbaycana hər səfərdən mənəvi zövq aldığını deyən M.Hansen ölkəmizin multikultural həyat tərzinin olduqca böyük əhəmiyyət kəsb etdiyini, Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb. O, şeyxülislam A.Paşazadəni Yuta ştatına bir daha səfərə dəvət edib.
XQ

