Ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq örnəyi

post-img

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Stirlinq Fondunun prezidenti və idarə heyətinin direktoru Mayls Hansen ilə görüşüb.

Görüşdə Komitənin sədri qeyd edib ki, dünyəvi dövlət olan Azərbaycanın dini konfessiyalara münasibətində bə­rabərlik prinsipi mütləq mənada qoru­nur. 37-si qeyri-islam təmayüllü olmaq­la dövlət qeydiyyatına alınan 995 dini icmanın fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycanda dini icmalara maliy­yə yardımı göstərilməklə yanaşı, dini ibadət yerlərinin tikilməsi, yenidən qu­rulması və təmiri işində də fərq qoyul­madan bütün konfessiyalar diqqətdə saxlanılır.

Stirlinq Fondunun prezidenti Mayls Hansen ölkəmizdəki dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər ol­duğunu vurğulayıb. Fondun Azərbay­canda həyata keçirdiyi işlərə toxunan qonaq, eyni zamanda, Briqam Yanq Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın inkişaf perspektivlərinə diqqət çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dageniş fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər