Kahramanmaraş unudulmayıb

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti huma­nitar yardım göndərib.

İçərisində yorğan, adyal, kondisioner, isidici və yemək bişirmək üçün sobalar­dan ibarət olan 2 tır Kahramanmaraş rayon Afet və Acil Durum (AFAD) Mü­dürlüyünə ünvanlanıb. Yardımın tərkibi Türkiyənin Azərbaycandakı səfirliyi və AFAD-la birlikdə müzakirələr nəticəsində bölgədə hazırkı ehtiyaclar nəzərə alına­raq müəyyənləşdirilib.

Xatırladaq ki, Azərbaycan hökuməti­nin dəstəyi ilə ADDF cari ilin aprel ayında Türkiyə–Azərbaycan Dərnəkləri Fede­rasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərər çəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı, avqust ayında isə yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Hatay və ətraf bölgələrdə 1-ci sin­fə gedəcək şagirdlərə dəstək üçün 3000 məktəbli dəstindən ibarət humanitar yar­dım göndərib.

XQ

Son xəbərlər