Bakıdan Belqrada birbaşa aviareyslər açılacaq

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Serbi­yada bir sıra hökumət rəsmiləri ilə görüşlər keçirib.

Serbiyanın daxili və xarici ticarət naziri Tomislav Momiroviç ilə görüşdə Azərbaycan ilə Serbiya Prezidentləri­nin dostluq münasibətləri, birgə səyləri ilə strateji tərəfdaşlıq və qarşılıqlı hör­mət prinsipləri əsasında bütün sahələr­də ikitərəfli əlaqələrin inkişaf etməkdə olduğu vurğulanıb.

Serbiyanın dağ-mədən və energe­tika naziri Dubravka Cedoviç, tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç ilə də görüşlər olub. 

Görüşlərdə qaz təchizatı sahəsində imzalanmış sənədlərin icrası, Azər­baycandan Serbiyaya qaz tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb. Serbiya­nın Gürcüstan–Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal əlaqə layihə­sinə cəlb edilməsi və elektrik enerjisi ticarəti imkanları nəzərdən keçirilib. 

Eləcə də Azərbaycan və Serbiya arasında Belqrad–Bakı–Belqrad mar­şrutu üzrə birbaşa aviareyslərin yaxın vaxtlarda işə salınması üçün aparılan işlərdən bəhs olunub. İkitərəfli və tran­zit yük axınlarının artırılması, infrast­ruktur sahəsində əməkdaşlığın davam etdirilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb. 

XQ

Son xəbərlər