AMEA “Türk dilinə xidmət” mükafatına layiq görülüb

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun ali mükafatı olan “Türk dilinə xidmət” mükafatına layiq görülüb. Mükafatın təqdimetmə mərasimi Ankara şəhərində baş tutub. 

Mükafatı AMEA-ya Türkiyə mədə­niyyət və turizm nazirinin müavini Gök­han Yazqı təqdim edib. Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Türkiyə Cümhuriyyətinin 100-cü ilində və Azərbaycanda qeyd edilən “Heydər Əliyev İli”ndə Akademi­yanın “Türk dilinə xidmət” mükafatı ilə təltif olunmasının əhəmiyyətindən da­nışıb və Atatürk Kültür, Dil və Tarix Yük­sək Qurumuna və Türk Dil Qurumuna dərin minnətdarlığını bildirib.

Sonra Azərbaycan Milli Elmlər Aka­demiyasına həsr edilmiş 10 dəqiqəlik videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Başqanlığının “Türk dilinə xidmət” mükafatı AMEA-nın müstəqillik illərində təltif olunduğu ilk beynəlxalq mükafatdır. 

XQ

 

Son xəbərlər