UNESCO-nun bugünlərdə Parisdə keçirilən tarixi 42-ci sessiyasında Monqolustanın təqdim etdiyi layihə - UNESCO-nun himayəsi altında “Köçəri sivilizasiyaların tarixi” adlı yeni kolleksiyanın yaradılması təsdiq edilib.
“Planet Today”in məlumatına görə, bu təşəbbüs köçəri xalqların mədəniyyətləri və sivilizasiyaları haqqında bilikləri genişləndirmək və onların bəşər tarixinə töhfələri haqqında anlayışımızı dərinləşdirmək məqsədi daşıyır.
Layihə “Monqol çöllərində köçərilər: köçəri imperiyaların beşiyi” adlı cilddən başlayır. Bu cildin müzakirəsi zamanı UNESCO-ya üzv ölkələr Monqolustanın təşəbbüsünü dəstəklədiklərini bildiriblər. Onlar, həmçinin proqrama fəal qoşulmaqla və öz mütəxəssislərini alimlərin işində iştiraka dəvət etməkdə maraqlı olduqlarını vurğulayıblar.
UNESCO-nun “Köçəri sivilizasiyalar “tarixi” kolleksiyası dünyada sosial əlaqələrin və mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün əsas resurs olacaq.
XQ