Rasim Ocaqovun xatirəsi anılıb

post-img

Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illiyi tamam olur.

Bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyə­tin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə əklil və tər çiçəklər düzüblər.

Anım mərasimində mədəniyyət nazi­rinin müavini Murad Hüseynov Azərbay­can kino sənətinə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Rasim Ocaqovun sənəti, yaradıcılığı milli kinomuzun, xalqımızın dəyərli incisidir. Kinomuzu təkcə respub­likamızda yox, eyni zamanda, beynəlxalq müstəvidə də tanıdıb. Çəkdiyi filmlər görkəmli sənətkarı yaşadıb və yaşada­caq. 

Zamanın və kinonun dəyişdiyini söy­ləyən Xalq artisti Fəxrəddin Manafov deyib: “Təəssüflər olsun ki, heç nə əbə­di deyil. Peşəyə gəlmək, aktyor olmaq, filmlərə çəkilmək olar. Amma lazım olan zaman lazımi yerdə olmaq şansdır. Mən aktyor olacaqdım, lakin Rasim müəllim mənim həyatımı dəyişdi. Altı filmdə rol almışam. Mən o filmlərdə nə isə edə bil­mişəmsə, bu mənim üçün böyük şərəf­dir".

Rasim Ocaqovla birgə çalışmış Xalq artisti, kinorejissor Vaqif Mustafayev onunla bağlı xatirələrini bölüşüb: “Rasim Ocaqov haqqında ümumi söz demək mümkün deyil. Onunla ilk dəfə “Qatır Məmməd” filmində tanış olduq. Emin Sabitoğlu, Rasim Ocaqov və mən çox zaman Azərbaycan kinosunun gələcəyi barədə söhbətlər edərdik. Mənim çək­diyim "Bəyin oğurlanması" filmini çox bəyənmişdi. Bundan sonra mən Rasim Ocaqovun bir daha sənətə və sənətka­ra necə həssas münasibətinin şahidi ol­dum”.

Xalq artisti Şəfiqə Məmmədova vur­ğulayıb ki, kino Rasim Ocaqovun varlığı idi. O qeyd edib ki, Rasim Ocaqov kino sənətimizdə bir ocaq yandırdı və bu ocaq heç zaman sönməyəcək. 

Korifey sənətkarların heç vaxt unu­dulmayacağını söyləyən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov qeyd edib ki, onlar öz sənətləri ilə unudulmazdılar. Gərək geriyə dönüb baxanda yaxşı sənət əsər­ləri qoyub gedəsən. Bu mənada Rasim Ocaqov xoşbəxt sənətkardır. 

Xalq artisti Oqtay Mirqasımov Ra­sim Ocaqovun Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlərdən söhbət açaraq onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıb.

Anım mərasimində çıxış edən na­tiqlər Rasim Ocaqovla bağlı xatirələrini bölüşüb və onun Azərbaycan kino ta­rixinə bəxş etdiyi bənzərsiz ekran əsərlə­rindən danışıblar.

XQ





Son xəbərlər