AFFA Canni De Byazi ilə yollarını ayırdı

post-img

Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi postunu tərk edib. 

Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin dünən keçirilmiş fövqəladə iclasında qəbul olu­nub. Belə ki, italiyalı mütəxəssis noyabr ayının sonunda başa çatacaq müqaviləsinin müddəti­nin uzadılmamasını xahiş edib. Onun istəyi İK tərəfindən qəbul olunub.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinin baş məşqçisi postunda çalışırdı. 

Leyla SABİRQIZI 
XQ

İdman