Kikboksçumuz yenə qalibdir

post-img

Kikboksçumuz, dünya kəmərinin sahibi Şikar Bədəlov növbəti döyüşdə qələbə qazanıb. 

Daxili İşlər Na­zirliyinin İdman Cə­miyyətinin yetirmə­si 81 kiloqram çəki dərəcəsində “King of Kings” reytinq döyüşündə nider­landlı Nabil Xazri­ni (91 kq) məğlub edib. 

Qeyd edək ki, Şikar Bədəlov bu ilin fevralında Türkiyənin İstan­bul şəhərində keçirilən dünya kuboku yarışında mərakeşli Nordin El Benmofu birinci raundun ilk dəqiqəsində məğlub edərək qalib adına layiq gö­rülüb. 

Leyla SABİRQIZI 
XQ

İdman