Voleybolçularımız yenə də məğlub olublar

post-img

Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Latviyada keçirilən yarışda Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya ilə qarşı­laşıb. Komandamız rəqibə 0:3 hesabı ilə yenilib.Bundan əvvəl də yığmamız Latviya və Ukrayna­ya eyni hesabla məğlub olub. 

Noyabrın 26-dək davam edəcək və AVRO-2024-ə seçmə xarakter daşıyan EEVZA çempionatının qalibi qitə birinciliyinin final mər­hələsinə vəsiqə əldə edəcək.

Leyla SABİRQIZI 
XQ

İdman