Külək cövlan edəcək...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb külə­yi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 8-11°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunun­dan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75 , gündüz 40-50 faiz olacaq. Azərbaycanın rayonların­da, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı, dağlıq ərazilərdə qar yağa­cağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənə­cək. Havanın temperaturu gecə 5-10°, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 8-13° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya