“Yargı” “Emmi” qazanıb

post-img

Türkiyənin məşhur “Yargı” (“Hökm”) adlı serialı Beynəlxalq “Emmi” Mükafatına layiq görülüb. Nyu-Yor­kun “Hilton Midtown” hotelində təşkil olunan müsabiqədə 20 ölkədən 14 kateqoriya üzrə 56 layihə təmsil olunub. “Yargı” “Ən yaxşı tele­novella” nominasiya­sında qalib elan edilib.

Qaliblərin mükafat­landırma mərasimində serialın prodüseri Kerem Çatay, rejissoru Ali Bilgin, ssenari müəllifi Sema Er­genekon, baş rolların ifaçıları Pınar Deniz və Kaan Urgancıoğlu iş­tirak ediblər.

FİDAN
XQ

Mədəniyyət