Kainatın sonu varmı?

post-img

Biz ən uzaq görünən ulduza baxarkən, 4 milyard il keçmişə boylanırıq. Ondan gələn və saniyədə, demək olar ki, 300 min kilometr sürətlə hərəkət edən işıq bizə yalnız uzun illərdən sonra çatır.

Bizə ən yaxın olan (Günəş­dən sonra) Proksima Sentavr ulduzuna çatmaq üçün orta hesabla saatda 60 kilometr sürətlə hərəkət edən avtomo­bilə, təxminən, 48 milyon il vaxt lazım gələrdi. Proksima Sentavradək məsafə 4,24 işıq ilidir.

Saturnun peyki olan Ti­tanda eynilə Yerdəki kimi çaylar, göllər və sahil zo­laqları mövcuddur. Üstə­lik, burada yağış da yağır. Lakin bu yağışlar Yerdəki yağışlarla eyni deyil. Ti­tanda yağışlar metan və etandan yaranır. Dünyada onlar qaz halında olsa da, Titanda maye halındadır. 

İnsan heç vaxt kos­mik fəzanın kənarına ge­dib çıxa bilməyəcək. Belə ki, istənilən istiqamətdə hərəkət edərsə, o, başlan­ğıc nöqtəsinə qayıdacaq. Buna səbəb kosmik fəzanın əyilmə­sidir. Bu vəziyyəti astronomlar heç cür izah edə bilmirlər.

XQ

Dünya