Kalium, maqnezium – yüksək təzyiqdən qorun

post-img

Hipertoniyadan əziyyət çəkənlər təzyiqini normada saxlamaq üçün təyin olunmuş preparatları vaxtlı-vaxtında qəbul etməli, bədən çəkisini qaydasında sax­lamalı, sağlam qidalanmalıdır. Hipertoniyaya nəzarət prosesin­də sağlam qidalanma böyük rol oynayır. Bəzi məhsullar da var ki, onların müntəzəm istehlakı təzyiqi eyni səviyyədə saxlama­ğa yardım edir.

Bişmiş kartof kalium və maqne­ziumla zəngindir. Məhz kalium və maqnezium təzyiqi normallaşdırmağa kömək edən ən yaxşı maddələr kimi tanınır. 

Qatıq təzyiqi normal saxlamağa ən yaxşı köməkçidir. Mütəxəssislər hər gün 1 stəkan qatıq yeməyi tövsiyə edirlər.

Banan duzun orqanizmə olan mən­fi təsirini azaldır. Duz orqanizmdə ma­yeni saxlayaraq təzyiqin qalxmasına səbəb olur. Həmçinin kaliumla zəngin olan banan damarların vəziyyətini yax­şılaşdırır.

Kakao flavonoidlərlə zəngin oldu­ğundan damarların sağlamlığına müs­bət təsir edir, elastikliyini qoruyur.

Lobya kalium, maqnezium və qidalı liflərlə zəngindir. Bunlar təzyiqi normal səviyyədə saxlamaq üçün çox fayda­lıdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat