Türkiyə və Qırğızıstan 77 bəndlik tədbirlər planı hazırlayıb

post-img

Türkiyə və Qırğızıstan arasında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Qırğızıstanın baş naziri Adılbek Kasıməliyevin sədrliyi ilə keçirilən Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasının Protokolu imzalanıb.

Komissiyanın iclasından əvvəl tərəflər Bişkekdə məhdud və geniş tərkibdə danışıqlar aparıblar. İclasın yekunu üzrə 77 bənddən ibarət tədbirlər planı hazırlanıb.

Mərasimdə protokolla yanaşı, iki memorandum da imzalanıb. Birincisi, Qırğızıstanın Torpaq Ehtiyatları, Kadastr, Geodeziya və Xəritəçəkmə üzrə Dövlət Agentliyi ilə Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi, Torpaq Kadastrı Baş İdarəsi arasında olub. İkinci memorandum Qırğızıstanın Ticarət və Sənaye Palatası ilə Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişaf və Dəstək İdarəsi (KOSGEB) arasında imzalanıb.

Türk podratçılar Qırğızıstanda 95 layihə həyata keçirib.

Mərasimdən sonra çıxış edən Yılmaz qeyd edib ki, 2024-cü ildə Bişkekdə keçirilən Ali Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında prezidentlər Rəcəb Tayyib Ərdoğan və Sadır Japarov qısamüddətli dövr üçün 2 milyard dollar, orta müddətli dövr üçün isə 5 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi qoyublar. Yılmazın sözlərinə görə, bu istiqamətdə işlər davam edir.

P.Əmircanov
XQ

Dünya