Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 2 ədəd qumbara, 4 ədəd trotil şaşka, 184 ədəd döyüş sursatı, 7 ədəd alışdırıcı, 16 fişəng, 7 patron darağı, 76 ədəd müxtəlif çaplı patron və 31 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 1 patron darağı, 10 ədəd patron və 12 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ