Noyabrın 16-na keçən gecə Xırdalan şəhəri ərazisində mağazaların birindən 21 430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə noyabrın 20-də Biləcəri qəsəbəsi ərazisində bir nəfərin içərisində qızıl-zinət əşyaları və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Şirinov saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ