Şahmatçılarımız gümüş medal qazanıblar

post-img

Şahmat üzrə Avropa çempionatının bağlanış mərasimi keçirilib. XQ Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan yığmasına gümüş medal təqdim olunub. 

Eyni zamanda, lövhələr üzrə ən çox xal toplayan şahmatçılar açıqlanıb. Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva fərdi nəticələrə əsasən, lövhələr üzrə ikinci olmaqla gümüş medala layiq görülüblər.

 

Elçin ABBASOV

XQ

İdman