Bu yaxınlarda Ermənistan hökuməti “WhatSapp” rabitə vasitəsinə, bu şəbəkədəki bütün telefon danışıqlarına və mesajlarına tam çıxış əldə edib. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, telefonları dinləmək imkanı artıq Ermənistanın bütün dövlət qurumlarında mövcuddur. Başqa sözlə, təhlükəsiz hesab edilən votsap Ermənistanda artıq adi mobil söhbətlər və mesajlar kimi əlçatandır.
Nəşr bildirib ki, Ermənistan hakimiyyəti ölkədə vətəndaşların danışıqlarının izlənməsinə görə dünyada aparıcı yerlərdən birini tutur.
Rizvan FIKRƏTOĞLU
XQ