Ulu öndərin 100 illiyinə həsr olunmuş konfrans

post-img

Noyabrın 16-da Şamaxıda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Tədbirdə Şamaxı rayon prokuroru Müşfiq Səfərov ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, hüquqi dövlət quruculuğu mövzusunda çıxış edib. Konfransda həmçinin, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ulu öndərin zəngin siyasi və dövlət quruculuğu sahəsində əvəzolunmaz fəaliyyəti mövzularında çıxış edib.

XQ

 

Son xəbərlər