Milli Məclisin Sədri Qırğızıstanda

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Qırğızıstan Respublikasına işgüzar səfəri çərçivəsində Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Valentina Matviyenko ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin əhəmiyyətini vurğulayaraq böyük infrastruktur layihələrinin reallaşdırılmasının müzakirə edildiyini qeyd edib. O, iki ölkə arasında münasibətlərin inkişafında qanunverici orqanların da rolunu diqqətə çatdırıb. 

Parlamentin Sədri S. Qafarova regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladaraq deyib ki,  Ermənistan bu müqaviləni imzalamaqdan boyun qaçırmaq üçün bütün vasitələrə əl atıb, 

siyasi və hərbi təxribatlar törədib.  Bunlara cavab olaraq, Azərbaycan bu ilin sentyabr ayında 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib və özünün  suverenliyini bərpa edib. 

S. Qafarova qanunverici orqanlarımız arasında münasibətlərin mövcud vəziyyəti barədə də fikirlərini ifadə edib və bu işdə qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb. 

 

Ə.BƏDƏLOV
XQ

 

Son xəbərlər