Avrasiya Patent İdarəsinin prezidenti ölkəmizdə

post-img

Noyabrın 16-da xarici işlər naziri Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev ilə görüşüb. 

Görüş zamanı Azərbaycanda əqli mülkiyyət institutunun inkişafının ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanıldığı, sözügedən sahədə genişmiqyaslı struktur islahatlarının aparıldığı, idarəçiliyin optimallaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.

“Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” kimi dövlət əhəmiyyətli sənədlərdə əqli mülkiyyət sahəsinin inkişafı istiqamətlərinə ayrıca yer verildiyi vurğulanıb.

APİ-nin prezidenti Qriqoriy İvliyev qeyd edilənlərlə həmfikir olduğunu deyib, əqli mülkiyyət sahəsində mümkün əməkdaşlığın müvafiq kadrların hazırlanması, patentlərin rəsmiləşdirilməsi, vahid standartların tətbiqi kimi geniş əhatə dairəsinə malik olduğunu diqqətə çatdırıb.

XQ

 

Son xəbərlər