Bakıda saxta dollar satan dəstə ifşa edilib

post-img

Paytaxtın Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-da qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əskinas verdiyini bildirib. 

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü  Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ



Son xəbərlər