Sanitar-gigiyena qaydalarının pozulmasına görə tədbir görülüb

post-img

Şamaxı, Göyçay və Qəbələ rayonlarında ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi, eləcə də sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sözügedən rayon polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Şamaxı rayonunun Çarhan, Qəbələnin Kürd kəndinlərində,  o cümlədən Göyçay şəhəri ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib. 

Aşkar edilmiş faktlarla bağlı qeyd olunan kəndlərin bələdiyyə sədrləri, Göyçayda isə sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

 

Rizvan FİKRƏTOĞLU

XQ



Sosial həyat