Füzulidə bələdiyyə sədrləri barəsində inzibati protokollar tərtib olunub

post-img

Füzuli Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Əhmədalılar və Bala Bəhmənli kəndlərinin  ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi halı aşkar olunub. 

Həmin kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat